"Arsenal"ın və Braziliya millisinin müdafiəçisi Qabriel mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Qabriel aprelin 1-də Premyer Liqanın 30-cu turunun "Fulhem"lə oyununda (2:1 qalibiyyət) zədələnib və 16-cı dəqiqədə Yakub Kiverlə əvəzlənib. Bu gün "Arsenal"ın həkimləri Qabrielin əməliyyata ehtiyacı olduğu qənaətinə gəliblər. Bu, 27 yaşlı braziliyalının bu mövsüm meydana dönə bilməyəcəyi anlamına gəlir.
London klubunda Qabrieldən başqa, müdafiəçilər Kalafiori və Tomiyasu, hücumçular Xesus və Haverts də zədədən əziyyət çəkir.
Braziliyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa