Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XVIII tur start götürəcək.
Fanat.Az xəbər verir ki, turun ilk günündə iki matç baş tutacaq.
Hər iki qarşılaşma Bakıda GİN-in Voleybol Mərkəzində keçiriləcək. Öncə liderlər “Abşeron”la “Milli Aviasiya Akademiyası” üz-üzə gələcək. Ardınca “Azərreyl” autsayder UNEC-i sınağa çəkəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək “Gəncə” - “Murov Az Terminal” matçı ilə yekun vurulacaq.
Yüksək Liqa (qadınlar)
XVIII tur
4 aprel
16:00. “Abşeron” - “Milli Aviasiya Akademiyası”
GİN-in Voleybol Mərkəzi
18:00. “Azərreyl” - UNEC
GİN-in Voleybol Mərkəzi