"Bayern Münhen"in hücumçusu Tomas Müller mövsüm başa çatdıqdan sonra komandadan ayrılacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 35 yaşlı forvard bu barədə sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.
O, Münhen komandasında çıxışını davam etdirmək istədiyini, lakin klubun müqaviləni yeniləməmək qərarına hörmətlə yanaşdığını yazıb.
Müller bütün peşəkar karyerasını “Bayern”də keçirib. O, 12 dəfə Almaniya çempionu, 2 dəfə Çempionlar Liqasının qalibi olub.
Təcrübəli forvard bu mövsüm 36 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa