Misli Premyer Liqasının 29-cu turunda keçirilən “Səbail” – “Turan Tovuz” (0:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Elvin Məmmədov oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, gənc mütəxəssis matçla bağlı belə danışıb:
"Çempionatın ən ağır komandasına, həm də təcrübəli məşqçisinə qarşı oynadıq. Uşaqları təbrik edirəm. Yaxşı mübarizə apardılar.
Hər qazanılan xal bizim üçün nəticədir. “Turan Tovuz” kimi komandaya qarşı 1 xal yaxşıdır".