Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” növbəti oyununa çıxıb.
Sözügedən komanda evdə “Erokspor”la qarşılaşıb. Görüş 3:3 hesablı bərabərliklə yekunlaşıb.
Diniyev matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Çorum” hazırda 47 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.