Misli Premyer Liqasının 29-cu turu çərçivəsində bu gün keçirilən “Sabah” - “Kəpəz” matçında qonaqların müdafiəçisi Mahamadu Ba zədələnib.
Fanat.Az xəbər verir ki, 25 yaşlı malili matçın 18-ci dəqiqəsində rəqib futbolçu Kahim Parrislə top uğrunda mübarizə zamanı xəsarət alıb.
Elmur Tağıyevlə əvəzlənən Ba meydandan xərəkdə çıxarılıb.