Futbol üzrə Serbiya çempionatının 30-cu turunda "OFK Belqrad"ı 3:1 hesabı ilə məğlub edən "Srvena Zvezda" mövsüm başa çatmamış çempion olub.
Fanat.Az xəbər verir ki, sözügedən komanda sona 7 tur qalmış ən yaxın təqibçisi "Partizan"ı 23 xal qabaqlayaraq istəyinə vaxtından əvvəl çatıb.
"Rayko Mitiç" stadionunda çempionluğu bayram edən "Srvena Zvezda" ardıcıl 8-ci, tarixində isə 36-cı dəfə bu titulu qazanıb.
Qeyd edək ki, paytaxt təmsilçisi 30 tura 86 xal toplayıb.