"Real Madrid"in 6 futbolçusu sabah səfərdə London "Arsenal"ına qarşı keçirəcəkləri matçda - UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda meydana çıxa bilməyəcək.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, İspaniya nəhəngində qapıçı Andrey Lunin, Dani Karvaxal, Dani Sebalyos, Ferlan Mendi və Eder Militao zədəlidir.
Orelyen Çuameni isə cəzalı olduğu üçün görüşü kənardan izləmək məcburiyyətindədir.
Qeyd edək ki, "Arsenal" - "Real" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.