Misli Premyer Liqasının 29-cu turunda "Şamaxı"nın qonağı olan "Neftçi"nin məşqçisi Mübariz Orucov oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı belə danışıb:
"İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Uzaq yol gəlmişdilər. Onıarın dəstəyi çox vacibdir.
Həddindən artıq itkilərimiz var idi. Hətta məcburiyyətdən bəzi futbolçularımız öz mövqeyində çıxış etmirdi. İtkilərə Emil Səfərov da əlavə olundu. Çiynindən xəsarət aldı. Müayinədən sonra son durumu bilinəcək. Bilinmir hələ nə vaxt komandaya kömək edə bilər. Buna baxmayaraq, bu gün uşaqlar əzmkar oynayıb qalib gəldilər. Çətin dövrdən keçirik. Çünki zədəlilərdən başqa, mövsümün əvvəlindən oynamayan, indi sıraya dönən bəzi futbolçular da var. Onlar da optimal formada deyillər. Çalışacağıq ki, kubukun yarımfinalının cavab görüşünə qədər bu durumdan çıxaq".
Mirağa