Misli Premyer Liqasının 29-cu turunda evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov görüşü şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında belə danışıb:
"Qalib gəlmək istəyirdik. İlk yarıda qol imkanlarından yararlana bilmədik. Zədəlilər və cəzalılar var. hücumçumuz Maykl Tuik xəstə idi. Hər şey üst-üstə düşüb. Ehtiyat qüvvəmiz də yetərli deyil.
Son turlar gərgin keçəcək. Hələ qarşıda 7 tur var. Çalışacağıq ki, Premyer Liqada yerimizi qoruyaq".
Mirağa