Azərbaycanın cüdo üzrə gənclərdən ibarət millisinin üzvləri Polşanın Poznan şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Fanat.Az Azərbaycan Cüdo Federasiyasının mətbuatdan xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi bu gün yekunlaşacaq.
Toplanışa yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir. Bu, mayın 3-4-də Türkiyənin İstanbul şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.