Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə Parisdə "Aston Villa"nı məğlub edən PSJ-nin vingeri Xviça Kvaratsxeliya 3:1 hesablı qələbə barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, komandasının qollarından birinə imza atan gürcü futbolçunun sözlərini BBC belə çatdırıb:
"Nəticədən razıyıq, amma qarşıda daha bir oyun olduğu üçün bu şəkildə davam etməliyik. Hələ işi bitirməmişik. Bu, çətin oyun olacaq. İngiltərədə öz oyunumuzu oynamağa çalışmalıyıq. Sonra necə olacağını görəcəyik".
Qeyd edək ki, tərəflərin ikinci dueli aprelin 15-də baş tutacaq.
Nihat