Niderlandlı tanınmış məşqçi Leo Benqaker vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə “Vi.nl” məlumat yayıb.
Mənbənin məluatına görə, o, 82 yaşında dünyasını dəyişib.
Bünqaker "Feyenoord", "Ayaks", "Saraqoza", "Real Madrid" və sair klublarda, həmçinin, Niderland, Səudiyyə Ərəbistanı və Polşa millilərində məşqçi işləyib.
Karyerasında ən böyük nailiyyət "Real Madrid" ilə üç çempionluq qazanması olub (1987, 1988, 1989). O, həmçinin İspaniya Kubokunu qazanıb, həm "Feyenoord", həm də "Ayaks" ilə Niderland çempionu olub.
Mirağa