"Bayern Münhen"in vingeri Kinqsli Koman karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.
Məlumata görə, onun xidmətində "Arsenal" maraqlıdır. Mənbə digər London təmsilçisi "Tottenhem"in də fransalı oyunçu ilə müqavilə bağlamaq niyyətində olduğunu və hazırda gözləmə mövqeyi tutduğunu bildirib.
Daha öncə Komanın Səudiyyə Ərəbistanından aldığı 4 təklifə rəğmən, Asiyada top qovmaq fikrindən daşındığı bildirilmişdi.
Nihat