Futbol üzrə Cənubi Koreya çempionatında 8-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” “Seul”un qonağı olub.
Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Start "11-lik"də yer alan Krivotsyuk 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, 8 turda 17 xal toplayan “Daejeon” turnir cədvəlinin zirvəsində mövqe tutub.