Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, onun şərəfini qoruduğu “Nürnberq” 29-cu turda “Kayzerslautern”in qonağı olub.
Mahirin komandası səfərdə 2:1 hesablı qələbəyə sevinib. "Nürnverq"in 2-ci qolunu məhz Mahir vurub. İlk dəqiqədən meydanda olan futbolçumuz 68-ci dəqiqədə baxımlı qola imza atıb. Qoldan az sonra sarı vərəqə ilə cəzalandırılan Emreli 87-ci dəqiqədə əvəzlənib.
Bu qələbədən sonra xallarını 44-ə çatdıran “Nürnberq” 7-ci pilləyə yüksəlib.