Türkiyə 1-ci liqasında 34-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Çorum" da növbəti matçına çıxıb.
Öz meydanında "Manisa" ilə qarşılaşan Çorum təmsilçisi 3:2 hesablı qələbə qazanıb.
Start "11-lik"də yer alan Coşqun sonadək oynayıb.
Qeyd edək ki, hazırda 51 xalı olan "Çorum" turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub.