"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti hansı komandanın baş məşqçisi olmağı arzuladığını deyib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini "Goal" belə çatdırıb:
"Liverpul"un baş məşqçisi olmağı arzulayırdım. Amma sonra "Everton"un "sükanı arxası"na keçdim. "Everton"da olarkən bu iki komanda arasındakı rəqabəti hiss etdim və indi "Everton"un fanatıyam. Eyni şəhəri təmsil edən bu iki klub arasındakı münasibət çox xoşuma gəldi. Orada rənglərə qarşı ehtiras inanılmazdır".
Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Arsenal"a 0:3 hesabı ilə uduzan "Real" bu gün Madriddə "topçular"la cavab matçına çıxacaq.
Nihat