"Bayern Münhen"in və İngilrərə millisinin hücumçusu Harri Keyn penalti vuruşlarını yerinə yetirmək texnikası barədə danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "TNT Sports Brasil" belə çatdırıb:
"Bu illər ərzində belə penalti vuran oyunçular az olmayıb. Mario Balotelli ilə Neymarın adını çəkə bilərəm. Amma bəzi futbolçular qapıçının hərəkət etməsini, mövqeyini dəyişməsini gözləyirlər. Mən onlar kimi vurmuram. Həmişə güclü zərbəyə və dəqiqliyə üstünlük verirəm.
Dünta çempionatında penaltini qola çevirəndə hiss etdim ki, nəyisə dəyişə bilərəm. Bir oyunda iki penalti yerinə yetirirsənsə, dəyişmək mütləqdir. Bu bacarığımı inkişaf etdirmək istədim. Xoşbəxtlikdən o vaxtdan bəri hər şey yaxşı gedir".
Qeyd edək ki, cari mövsüm "Bayern" forması ilə bütün turnirlərdə 41 matça çıxan Keyn 34 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat