"İnter" heyətinə daha bir futbolçu qatıb. Fanat.az xəbər verir ki, bank klubu "Qəbələ"nin yollarını ayırdığı Nizami Hacıyevlə müqavilə imzalayıb.
26 yaşlı yarımmüdafiəçi "İnter"də 1 il çıxış edəcək. O, yeni komandasında 80 nömrəli formanı geyinəcək.
Hacıyevin adı bu gün komandamızın PFL-dəki sifariş ərizəsinə təqdim olunacaq və o, sabah Premyer Liqanın ilk turunda öz keçmiş komandasına qarşı meydana çıxa bilər.
Qeyd edək ki, Nizami "Qəbələ"in heyətində 36 oyuna çıxıb və 2 qol vurub. O, 2011/12 və 2012/13 mövsümlərində "İnter"in formasını geyinib (64 oyun, 11 qol). Hacıyev əvvəllər "Olimpik" və "Xəzər Lənkəran"da çıxış edib, millinin heyətində keçirdiyi 2 oyunda 1 qol vurub.
Fanat.az