Mövsümü icarə əsasında "Strasburq"da keçirən "Çelsi"nin yarımmüdafiəçisi Andrey Santos karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Saymon Stouns yayıb.
Xəbərə görə, Fransada parlaq çıxışı ilə diqqətləri üzərinə çəkən 20 yaşlı futbolçu "Bayern Münhen"in maraq dairəsindədir. Almaniya nəhəngi braziliyalıya təklif göndərməyə hazırlaşır. "Bayern" yarımmüdafiəçi uğrunda "Milan"la rəqabət aparmalı olacaq. Ancaq Santosun Münhen komandasında oynamağa meylli olduğu bildirilir.
Qeyd edək ki, icarə müddəti yayda bitəcək yarımmüdafiəçi "Çelsi"yə qayıdacaq və bundan sonra London klubunun rəhbərliyi futbolçunun gələcəyi ilə bağlı qərar verəcək.
"Transfermarkt" Andrey Santosun dəyərini 25 milyon avro qiymətləndirir.
Mirağa