15:31 21.04.2025 134

Avarçəkmə üzrə “Prezident Kuboku-2025” bu dəfə Füzuli, Mingəçevir və Suqovuşanda!

28 aprel – 2 may tarixlərində Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında  Ümumilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku 2025” beynəlxalq reqatası keçiriləcək. 

Fanat.Az xəbər verir ki, yarışlarda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək. 

Aprelin 28-də “Prezident Kuboku 2025” beynəlxalq reqatası çərçivəsində Qarabağda- Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq. Həmçinin Füzuliyə köç edən sakinlərə həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək imkanı yaradılacaq. Uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil ediləcək. 

Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. 30 aprel tarixində Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata 1-2 may  tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.  

Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2025
23:46

AÇ: Nəzrin medalını "tuş"la qazandı

23:23

Azərbaycanın 2 güləşcisi AÇ-nin finalında

23:11

Simeone klublararası dünya çempionatında nəyə ümid edir?

22:58

İmanol ərəblərdən cəlbedici təklif aldı - "Sevilya"ya "yox" deyə bilər

22:23

Arda Turan "Şaxtyor"un transfer planlarından danışdı

21:51

Çempion "Udineze"nin bombardirinin razılığını aldı - SON DURUM

21:20

Avropa çempionu olan Azərbaycan millisi mükafatlandırıldı

20:43

Qattuzo Buffonla görüşdü, təklifi qəbul etdi

20:21

"Neftçi"nin yeni bazasına nə vaxt köçəcəyi dəqiqləşdi

19:50

Azərbaycan yığması Lüksemburqa yenildi

19:18

UEFA Pro kursunun II mərhələsi Slovakiyada keçirilir

18:49

"Yuventus" Tudorla müqavilə yenilədi - RƏSMİ

18:16

"Kəpəz" Sloveniya klubu ilə əməkdaşlığa başladı

17:41

DÇ: Azərbaycan cüdoçuları ilk gündə uğur qazana bilmədilər

17:23

"Karvan"ın hazırlıq planı bilindi

17:06

"Real Madrid" növbəti transferini rəsmiləşdirdi

16:48

"Milan" "Brügge"nin yarımmüdafiəçisini alır - MƏBLƏĞ

16:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:17

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək

15:59

"Liverpul" "Bayer"i yola gətirdi - Virts bu qiymətə transfer olunacaq

15:41

"Şamaxı"da növbəti ayrılıq

15:23

"Sabah"ın fubolçusu əməliyyat olundu

15:05

"Karvan"ın məşqçilər korpusunda dəyişiklik - Debütant 2 tanınmış sima ilə anlaşdı

14:48

U-14 liqasına yekun vuruldu

14:31

Azərbaycan millisi DÇ-nin 1/8 finalında

14:14

"Hələ oyuna olan ehtiras və sevgim sönməyib" - Jordi Alba

13:56

Azərbaycanın tennis millisi “Davis Cup”a qələbə ilə başladı

13:38

Sabiq "Barselona"lı yenidən La Liqada oynayacaq

13:20

"Atletiko Madrid" "Milan"a rəsmi təklif göndərsə də...

13:02

Sanenin ardınca Neymar da Türkiyə yolunda - Təklif göndərildi

12:43

Markus Raşford yekun qərarını verdi

12:24

Çerçesov Polşa millisini çalışdıracaq? - Rusiyalı mümkün təyinatından danışdı

12:05

I Liqanın oyunlarını 64 min 595 tamaşaçı izləyib - SİYAHI

11:47

Tarixi klub adını dəyişdi

11:28

"Sevilya"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

11:10

Flik "Bayern"dən tanıdığı forvardı "Barselona"ya gətirir

10:52

Dünya çempionatı: Üç cüdoçumuz mübarizəyə başlayır

10:35

A Seriyasının qoleadoru klubunu dəyişməyə qərar verdi

10:03

Berezutski sabiq klubunu çalışdırmağa yaxındır

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X