16:44 27.04.2025 200

Trautman Azərbaycan yığmasının AÇ-dəki çıxışını dəyərləndirdi

Cüdo üzrə Azərbaycanın millisinin baş məşqçisi Rixard Trautman Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına müsahibə verib.

Fanat.Az xəbər verir ki, seçmənin çalışdırıcısı Monteneqronun paytaxtı Podqoritsada baş tutan Avropa çempionatında çıxışını 5 medalla yekunlaşdıran yığmanın performansını dəyərləndirib:

"Həmişə olduğu kimi, komandada bütün idmançılar eyni vaxtda öz potensialını göstərə bilmir. İlk yarış günündə bir qədər məyus oldum. Amma Əhməd Yusifov bu səviyyədə ilk medalını – bürünc qazandı ki, bu da müsbət irəliləyişdir. Təəssüf ki, qızıl medal potensialı olan daha iki idmançımız, xüsusən də 66 kq çəkidə Ruslan Paşayev səhvlərə yol verdi. Halbuki, o, əvvəllər həmin çəkidəki rəqiblərini məğlub etmişdi. Amma cüdo belə bir idmandır ki, nəticələri əvvəlcədən proqnozlaşdırmaq olmur. İkinci yarış günü isə məni sevindirdi.

Əslində, Olimpiya və dünya çempionumuz Hidayət Heydərov tatamiyə çıxmalı idi, lakin son anda xəstələnərək yarışdan çəkildi. Onun dünya çempionatında iştirak etməsini istəyirik. İlk növbədə tam sağalmalı, sonra isə məsuliyyətli şəkildə hazırlığa başlamalıdır. Hazırkı Avropa çempionatına isə Rəşid Məmmədəliyevi gətirdik və o, bürünc medal qazandı. Çox möhtəşəm çıxış idi, xüsusən də zədədən yenicə qayıtdığı üçün. Üçüncü yarış günündə isə Murad Fətiyevin italiyalı Kristian Parlati ilə yarımfinal döyüşündə verilən qərardan razı qalmadım. Eyni hal 81 kq çəki dərəcəsində Zelim Tçkayev və Tato Qriqalaşvili arasındakı görüşdə də baş verdi. Qərarlarla razı olmasam da, qəbul etməliyik".

O, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiada üçün yeni nəsil formalaşdırdıqlarını bildirib:

"Heç bir əsas idmançımız karyerasını bitirməyib. Lakin irəliyə baxmaq vacibdir, çünki onların hamısı artıq çox da gənc deyil və Los-Ancelesə hələ üç il yarımdan çox vaxt var. Yeni nəsil formalaşdırırıq. Məni xüsusilə sevindirən hal budur ki, bu dəfə fəxri kürsüdə əvvəllər olmayan gənc idmançılar yer aldı. Olimpiya dövründə idmançılar zədələnir, əməliyyat oluna bilmir, hərbi xidmət məsələləri olur. Bu kimi problemlərdən sonra komandada yenidənqurma apardıq. Fevraldan etibarən tam qüvvəmizlə hazırlıqlara başladıq. Hazırda 100 faiz formada deyilik və bu da normaldır. Əsas hədəfimiz ən mötəbər yarışlar – dünya çempionatı, Olimpiya Oyunları zamanı tam gücümüzdə olmaqdır. Builki dünya çempionatından yaxşı nəticələr gözləyirik. Amma əsas böyük hədəf gələn il Bakıda keçiriləcək dünya çempionatıdır. Orada parlaq çıxış etmək bizim üçün çox vacibdir. Və əlbəttə ki, əsas uzunmüddətli hədəfimiz 2028-ci il Los Anceles Olimpiya Oyunlarıdır. Unutmayaq ki, dünya çempionu olmaq böyük uğurdur, amma cəmiyyətin diqqətini daha çox Olimpiya medalları çəkir".

Baş məşqçi qadın cüdosunda ciddi dəyişikliklər etməyi planlaşdırdıqlarını açıqlayıb:

"Qadın cüdosunda vəziyyət hələ radikal dəyişməyib, lakin artıq bu istiqamətdə ciddi hədəflər qoymuşuq. Sadəcə vəziyyəti olduğu kimi qəbul etmək niyyətində deyilik. Fransadan Amina Abdellatif və Almaniyadan Saşa Herkenrat kimi iki yüksək səviyyəli məşqçini qadın komandamız üçün gətirmişik. Əsas məqsəd yığmada atmosferi dəyişməkdir. Qadın idmançının qələbə üçün özünəinamını inkişaf etdirməsi çox vacibdir. Potensial baxımından qadın cüdosu hələ məhduddur, çünki yüksək səviyyədə ciddi məşq edəcək və “Olimpiya çempionu olacağam” deyə bilən qadınların sayı azdır.

Federasiya rəhbərliyimiz qadın cüdosuna ciddi sərmayə yatırmaqda qərarlıdır. Lakin bu, sadəcə məşq prosesi ilə həll olunmur. Cəmiyyətdə qadınların peşəkar idmanla məşğul olması daha çox dəstəklənməlidir. Bu isə yalnız böyük uğurlarla mümkündür. Rol model yaratmaq çox vacibdir. Məsələn, Özbəkistandan Diyora Keldiyorova əslində çox yaxşı nümunədir. İlk olaraq qızlarımızın daha çox beynəlxalq təcrübəsini istəyirik. Yeni məşqçilər ilk mərhələdə idmançıları və onların xüsusiyyətlərini tanıdılar. İndi isə fərdi inkişaf planlarını hazırlayırıq. Əgər bir-iki qadın idmançımız elit səviyyəyə yüksəlsə, domino effekti yarana bilər. Kişilərdə bunu artıq müşahidə edirik. Əldə olunmuş uğurlar sayəsində indi daha çox oğlan cüdo ilə məşğul olmaq istəyir".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2025
23:46

AÇ: Nəzrin medalını "tuş"la qazandı

23:23

Azərbaycanın 2 güləşcisi AÇ-nin finalında

23:11

Simeone klublararası dünya çempionatında nəyə ümid edir?

22:58

İmanol ərəblərdən cəlbedici təklif aldı - "Sevilya"ya "yox" deyə bilər

22:23

Arda Turan "Şaxtyor"un transfer planlarından danışdı

21:51

Çempion "Udineze"nin bombardirinin razılığını aldı - SON DURUM

21:20

Avropa çempionu olan Azərbaycan millisi mükafatlandırıldı

20:43

Qattuzo Buffonla görüşdü, təklifi qəbul etdi

20:21

"Neftçi"nin yeni bazasına nə vaxt köçəcəyi dəqiqləşdi

19:50

Azərbaycan yığması Lüksemburqa yenildi

19:18

UEFA Pro kursunun II mərhələsi Slovakiyada keçirilir

18:49

"Yuventus" Tudorla müqavilə yenilədi - RƏSMİ

18:16

"Kəpəz" Sloveniya klubu ilə əməkdaşlığa başladı

17:41

DÇ: Azərbaycan cüdoçuları ilk gündə uğur qazana bilmədilər

17:23

"Karvan"ın hazırlıq planı bilindi

17:06

"Real Madrid" növbəti transferini rəsmiləşdirdi

16:48

"Milan" "Brügge"nin yarımmüdafiəçisini alır - MƏBLƏĞ

16:17

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək

15:59

"Liverpul" "Bayer"i yola gətirdi - Virts bu qiymətə transfer olunacaq

15:41

"Şamaxı"da növbəti ayrılıq

15:23

"Sabah"ın fubolçusu əməliyyat olundu

15:05

"Karvan"ın məşqçilər korpusunda dəyişiklik - Debütant 2 tanınmış sima ilə anlaşdı

14:48

U-14 liqasına yekun vuruldu

14:31

Azərbaycan millisi DÇ-nin 1/8 finalında

14:14

"Hələ oyuna olan ehtiras və sevgim sönməyib" - Jordi Alba

13:56

Azərbaycanın tennis millisi “Davis Cup”a qələbə ilə başladı

13:38

Sabiq "Barselona"lı yenidən La Liqada oynayacaq

13:20

"Atletiko Madrid" "Milan"a rəsmi təklif göndərsə də...

13:02

Sanenin ardınca Neymar da Türkiyə yolunda - Təklif göndərildi

12:43

Markus Raşford yekun qərarını verdi

12:24

Çerçesov Polşa millisini çalışdıracaq? - Rusiyalı mümkün təyinatından danışdı

12:05

I Liqanın oyunlarını 64 min 595 tamaşaçı izləyib - SİYAHI

11:47

Tarixi klub adını dəyişdi

11:28

"Sevilya"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

11:10

Flik "Bayern"dən tanıdığı forvardı "Barselona"ya gətirir

10:52

Dünya çempionatı: Üç cüdoçumuz mübarizəyə başlayır

10:35

A Seriyasının qoleadoru klubunu dəyişməyə qərar verdi

10:03

Berezutski sabiq klubunu çalışdırmağa yaxındır

09:23

Avropa Liqasının qalibi yeni baş məşqçiyə tapşırıldı

09:00

İtaliya klubu "Liverpul"un hücumçusunu istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X