Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirdə Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana da iştirak edib.
Köndələnçay su anbarında peşəkar avarçəkənlərin nümunəvi çıxışları olub, uşaq və yeniyetmələr üçün viktorinalar təşkil edilib.
Həmçinin sakinlər avarçəkmə qayıqları və trenajorlarda özlərini sınamaq imkanı əldə ediblər.
Qeyd edək ki, Avropa, Asiya və Afrikadan olan ümumilikdə 20-dən artıq ölkədən 200-dən çox idmançının iştirak edəcəyi reqata aprelin 30-dan mayın 2-dək keçiriləcək. Bu gün - 29 aprel saat 11:00-dan etibarən Suqovuşan su anbarında reqatanın açılış mərasimi və ilk yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.