Topaz Premyer Liqasında 2014/15 mövsümünə start verilib. Fanat.az xəbər verir ki, "Bakı" - "Simurq" oyunu təxirə salındığından ilk turun 4 qarşılaşması baş tutub.
Mövsümün ilk qolunu Rauf Əliyev vurub. "Xəzər Lənkəran"ın forvardı AZAL-la oyunun 35-ci dəqiqəsində başla fərqlənərək hesabı açıb.
Mövsümün ilk sarı və qırmızı vərəqəsi də bu oyunda göstərilib. Qarşılaşmanın 29-cu dəqiqəsində baş hakim Rəhim Həsənov qeyri-idman hərəkətinə görə meydan sahiblərindən Təmkin Xəlilzadəni sarı vərəqə ilə cəzalandırıb. 59-cu dəqiqədə isə AZAL-dan Şəhriyar Rəhimovu eyni səbəbdən meydandan qovulub. Futbolçu 2 sarı vərəqədən sonra qırmızı vərəqə alıb.
Oyun 1:1 hesabı ilə başa çatdığından AZAL-la "Xəzər Lənkəran" mövsümün ilk heç-heçəsinin müəllifi olublar.
Mövsümün ilk dublunun müəllifi David Canelidzedi. "Araz Naxçıvan"ın futbolçusu "Neftçi" ilə matçın 52 və 90+4-cü dəqiqələrində fərqlənib. Rəqibini darmadağın edən (3:) "Araz Naxçıvan" mövsümün ilk qələbəsini qazanıb, "Neftçi" ilk məğlubiyyətini alıb.
İlk avtoqolun müəllifi isə "Sumqayıt"dan Bəxtiyar Həsənalızadə olub. O, 81-ci dəqiqədə topu öz qapısına göndərməklə "Qarabağ"ı sevindirib.
Fanat.az