18:47 11.08.2014 553

Bəzən danışmaqdansa, çeynəmək yaxşıdı...

Yuri Syominin gedişindən sonra gec də olsa, Baş məşqçi postuna gətirilən Dorinel Muntyanunun “Qəbələ”nin xilaskarı olacağını söyləməyə heç bir əsas yox idi. Xüsusi istedadı ilə seçilməyən rumın bölgə təmsilçisinin “sükanı arxası”na B variantı olaraq keçdi və tarixində ilk dəfə avrokubok həyəcanı yaşayan “qırmızı qaralar”ın iki oyunda Bosniya və Hersoqovina “Şiroki Briyeq”indən 5 qol “yeməsinə” əlini çənəsinin altına qoyub baxmaqla kifayətləndi.


O fiaskonu Muntyanunun ayağına yazmayanların əlində ciddi əsas, çalışdırcının isə ənənəvi sığortası var idi: axı 5-10 günə komanda formalaşdırmaq olmur. Qitəmiqyaslı yarışı suyu süzülə-süzülə tərk edən şimallıların heyətdə saxlaya bilmədiyi Leonardo, Lorenzo Ebesilyo, İbrahima Niasse və Daniel Subotiçin gördüyü işi ölkəsindən tapdığı həmyerlilərinə və ödənişli başqa legionerlərə həvalə edən mütəxəssis Hollandiyada yaxşı hazırlıq keçmək, sərəncamındakıların nəyə qadir olduğunu yoxlamaq imkanı qazandı. Klubun pul gücünə “ovladığı” yerlilərlə yeni əcnəbilərin məharəti sayəsində “qırmızı-qaralar” azı iddialı adını doğrultmalı, açılış turunda gerçək potensialını göstərməliydi. Göstərdi! Bir yığın havayıyeyənin Azərbaycan futboluna asan qazanc mənbəyi gözüylə baxdığını...


Kaxaber Tsxadadzenin iki dəfə az büdcə hesabına qurduğu əsl komandanın qarşısında rəzil olan qəbələlilərin nə etmək istədiyini Muntyanudan başqa kimsə anlamadı. Futboldu, tərəflərdən biri digərindən zəif ola, müəyyən oyun komponentlərində geri qala bilər. Amma adını iddialı qoyan kollektiv 90 dəqiqə meydanda başını girləyirsə, bu birbaşa çalışdırıcının günahıdı. İlk 19 dəqiqədə darmadağını reallaşdıran “bankirlər”lə “Qəbələ” arasındakı səviyyə fərqi sadəcə inanılmaz idi. Qonaqlar I divizionun iddiasızlarından artıq mübarizə aparmadı. Yetirmələrinin yediyi hər qoldan sonra ağzındakı saqqızı partlatmaqla işini bitmiş sayan Muntyanu isə yalnız ikinci yarıda nəyisə dəyişməyə cəhd etdi. Əlbəttə, ayağı ayağına dolaşan, özünü gülünc vəziyyətə qoyan əcnəbiləri azsaylı tamaşaçıların qınağından gec qurtaran adam belə oyunun ardından mətbuat konfransında saqqız çeynəsə, daha yaxşı olardı. Danışmağa söz tapıbsa, lap pis. Məşhur reklam çarxında deyildiyi kimi: BƏZƏN DANIŞMAQDANSA, ÇEYNƏMƏK YAXŞIDI...


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

Facebookdan bizi izləməyi unutmayın.
X