Azərbaycan karateçiləri Almaniyanın Leyptsiq şəhərində IFK kyokuşin üzrə 7-ci Dünya Çempionatında 4 medal qazanıblar.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Karate Federasiyasının mətbuat xidməti yayıb.
Səlahət Həsənov qızıl, Elmir Cəbrayılov gümüş, Solmaz Zeynallı və Kamil Məmmədov bürünc medal əldə ediblər.