Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin şərəfini qoruduğu “Eqnatiya” ilə Albaniya çempionu olub.
Fanat.Az xəbər verir ki, Zamiqin komandası pley-off mərhələsinin həlledici görüşündə “Vlajniya” ilə üz-üzə gəlib.
Rəqibini 4:0 hesabı ilə darmadağın edən “Eqnatiya” ölkə çempionu olub. Start "11-lik"də yer alan Əliyev sonadək oynayıb.
Xatırladaq ki, azərbaycanlı futbolçu cari mövsümün əvvəlindən “Eqnatiya”yanın uğurları üçün çalışır.