Bu gün Bakıya gələn Nikolas Kanales “Neftçi”nin axşam məşqinə qatılıb. Fanat.az xəbər verir ki, “ağ-qaralar”ın heyətində 26 qolla 2012/13 mövsümünün bombardiri olan çilili hücumçu komandadan ayrı çalışıb.
Belə ki, kollektivə təqdim edilən cənubi amerikalı yüngül qaçışla kifayətlənib. Rəsmi müqavilə imzalamamış müsahibə vermək istəməyən forvardı flaqman sabah rənglərinə bağlayacaq. Klub futbolçunun ikiillik sövdələşməyə qol çəkməsini istəyir.
Fanat.az