Portuqaliya Futbol Federasiyası "Fənərbağça"nın çalışdırıcısı Joze Mourinyunun bu yay milli komandanın baş məşqçi postuna gətiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az "Record"a istinadən xəbər verir ki, qurum bu barədə Türkiyə mətbuatında dərc edilən informasiyaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Mourinyu ilə hər hansı danışıq aparılmadığı vurğulanıb.
Qeyd edək ki, Mourinyonun "Fənərbağça" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. 62 yaşlı mütəxəssis daha öncə "Portu", "Çelsi", "Tottenhem", "Mançester Yunayted", "İnter", "Roma" və "Real"ı çalışdırıb. O, karyerası ərzində heç vaxt milli komandalara rəhbərlik etməyib.
Nihat