09:44 16.05.2025 119

Bakıda V Autizm Festivalı keçiriləcək

17 may 2025-ci il tarixdə Gənclər və İdman nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının və Aztest Group-un təşkilatçılığı ilə Bakı şəhəri Fəvvarələr meydanında növbəti V Autizm Festivalı təşkil olunacaq. 

Bu barədə Fanat. Az-a festivalın təşkilat komitəsinin sədri Elnur Məmmədli məlumat verib. 

Festivalda bu sahədə çalışan qurumlar öz işlərini və fəaliyyətlərini nümayiş etdirəcəklər. Tədbiri keçirtməkdə məqsəd ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdir. Festivalda autizmli ailələr və autizmli uşaqlar iştirak edəcəklər. 

Festival səhər saat 10.00-dan başlayıb axşama kimi davam edəcək. 

Redexphoto
Oxşar xəbərlər
Facebookdan bizi izləməyi unutmayın.
X