Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası "Radomyak" Polşa Ekstraklassasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv "Stal" ilə üz-üzə gəlib.
33-ci tur çərçivəsində baş tutan görüş 2:2 hesablı bərabərliklə bitib. Matça ehtiyat oyunçular skamyasında başlayan Renat 72-ci dəqiqədə oyuna qoşulub.
Sona bir tur qalmış 41 xalı olan "Radomyak" turnir cədvəlinin 12-ci pilləsində mövqe tutub.