"Liverpul"un sabiq baş məşqçisi, hazırda "Red Bull" şirkətinin qlobal futbol rəhbəri vəzifəsində çalışan Yürgen Klopp tarixin ən yaxşı alman futbolçusunun adını deyib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Give me Sport" belə çatdırıb:
"Frants Bekkenbauer hər şeydən öncə ən yaxşı insan idi. O, maraqlı, ağıllı və bir insanda ola biləcək bütün müsbət keyfiyyətləri özündə cəmləşdirmiş biri kimi yadda qalıb. O, mənə daha öncə bilmədiyimi, həyatda lazım olacaq ən vacib şeyi öyrədib: sən məşhur ola bilərsən, KİV sənin barəndə çox şey yaza bilər, amma hər şeyə rəğmən, özün olaraq qalmalısan. Hə, Frants fantastik insan idi. O, Almaniya tarixinin ən yaxşı futbolçusudur. Həm ən yaxşı futbolçu, həm də ən yaxşı insan ola bilmək çox çətin məsələdir".
Xatırladaq ki, Bekkenbauer 7 yanvar 2024-cü ildə, 78 yaşında vəfat edib.
Nihat