Ölkə çempionu "Qarabağ" məşqlərini bərpa edib. Fanat.az xəbər verir ki, Premyer Liqanın II turunda "İnter"i qəbul edəcək ağdamlılar 1 günlük aradan sonra məşqlərə başlayıblar.
Bazar günü "Sumqayıt"la qarşılaşan komanda həftənin ilk gününü bərpa prosesi ilə keçirib. Dünən isə baş məşqçi Qurban Qurbanov komandaya istirahət imkanı yaradıb.
Bu gün Ağdam təmsilçisinin 2 məşqi nəzərdə tutulub. İlk məşqini trenajor zalında keçirən "Qarabağ", axşam saat 19-da toplu məşq keçirəcək.
Fanat.az