"Real Madrid" ikinci komandasının hazırkı baş məşqçisi Raul Qonsales klubu tərk etmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi artıq "Kastilya"ya yeni baş məşqçi də tapıb.
Məlumatı tanınmış insayder Nikolo Skira yayıb. Mənbənin məlumatına görə, əfsanəvi sabiq hücumçunun yerini "Kral Klubu"Nin digər keçmiş futbolçusu Alvaro Arbeloa tutacaq. 42 yaşlı ispaniyalı hazırda Madridin gənclər komandasına rəhbərlik edir və yeni mövsümdən yüksələcək.
Alvaro Arbeloa 2001-2006 və 2009-2016-cı illərdə "Real Madrid"də çıxış edib. Keçmiş müdafiəçi 2017-ci ildə futbolçu karyerasını bitirərək məşqçiliyə başlayıb.
Raul 2019-cu ildən "Kastilya"ya rəhbərlik edir.
Mirağa