"Sumqayıt" növbəti transferini rəsmiləşdirmək üzrədi. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsmlçisi Murad Ağayevi yenidən heyətinə qatır.
Baş məşqçi Aqil Məmmədov AZAL-dan gələn futbolçunu baxışdan keçirib və bəyənib. Onunla ikiillik müqavilə imzalanacaq.
Qeyd edək ki, 2012-2013-cü illərdə "Sumqayıt"da çıxış edib (31 oyun, 1 qol). Ötən mövsüm AZAL-ın formasını geyinən futbolçu 13 oyunda meydana çıxıb.
Fanat.az