16:34 23.05.2025 476

"Həmin oyunçular milliyə dəvət olunmayacaqlar" - Fernandu Santuş

Azərbaycan milli komandasının iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, AFFA-nın inzibati binasında Fernandu Santuş heyəti açıqladıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Yoxlama görüşlərində nəyə ümid edirsiniz?

- Əlbəttə ki, gözləntilərimiz yaxşı məşq edib yaxşı hazırlaşmaq və hər hər iki oyunda qələbə qazanmaqdır. 

- ⁠Elə futbolçu oldumu ki, çağırmağa tərəddüd etdiniz?

- ⁠Bəzi oyunçular var ki, istərdim çağırım, amma zədə səbəbindən dəvət edə bilmədim. Bunlar Amin Seydiyev və Coşqun Diniyevdir. Öncəki təlim-məşq toplanışında Ramil Şeydayevlə Ozan Can Kökçü də dəvət almışdı. Amma son zamanlar özlərini yaxşı tərəfdən göstərə bilmədikləri üçün dəvət almayıblar. Oynamayan oyunçunu milliyə dəvət edə bilmərik. Gələcəkdə komandalarında şans qazansalar, millinin qapıları onlar üçün açıqdır.

- Mətbuatda yayılan məlumatlara görə, qarşıdakı iki oyunda uduzsanız, istefaya göndəriləcəksiniz...

- Bu, mənim problemim deyil. Gəzən söz-söhbətlərdir. AFFA rəhbərliyi daha yaxşı bilir.

- ⁠Cənab Santuş, sizdən gözləntilər çoxdur. Nə düşünürsünüz, millidə hansı inkişaf olub?

- ⁠Bundan öncəki mətbuat konfranslarında demişəm ki, biz öz yolumuza davam edəcəyik.

- ⁠Premyer Liqanın səviyyəsini 10 ballıq şkala ilə ölçə bilərsiniz?

- Ümumi 5 bal verərəm. Hər komandanın yaxşı səviyyəsi var. Təbii ki, hər məşqçi öz istəklərini reallaşdırmağa çalışır. Ümumi 10 komandadan 3-4-ü yuxarı yerlər uğrunda mübarizə aparırlar. 

- Legioner limiti ləğv edilir. Klubunda oynamayan oyunçuları milliyə çağıracaqsınız?

- ⁠Biri var, 5-10 dəqiqə çıxış edirsən. Biri də var, ehtiyat oyunçular skamyasında oturub şans qazanmırsan. Həmin oyunçular milliyə dəvət olunmayacaqlar. Hər məşqçinin öz seçimi var, hörmətlə yanaşıram. Hansısa klubda məşqçi işləsəydim, eyni qərarları verərdim. Hər futbolçu bizim üçün vacibdir. Bizim əlimizdə çox oyunçu yoxdur. Əlimzidə olanlardan milliləşdirilən Renat Dadaşov var. Hər klubda kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir. Biz də istərdik ki, daha çox azərbaycanlı oyunçuları çağıraq. Yeni iki komanda da gələcək. Düşünürəm, rəqabət güclü olacaq. 

- Mövsümə mayın 31-də yekun vurulacaq və əksər futbolçular istirahətə yollanacaq. Bu ərəfədə yoldaşlıq görüşlərinə çağırılan milli üzvlərinin motivasiyasında problem olmayacaq ki?

- ⁠Ümid edirəm ki, motivasiyalarına pis təsir etməz. Ayın 27-dən təlim-məşq toplanışına başlayacağıq. Kubokun finalında iştirak edəcək oyunçular bizə sonradan qoşulacaq. Onlara 3 gün vaxt veriləcək ki, bizə sonradan qoşulsunlar. Sənin milli ruhun varsa, oraya motivasiya ilə qoşulacaqsan. Harada işləmişəmsə belə görmüşəm. Oyunçularımı tanıyıram, bilirəm ki, bizə hər zaman belə gəlirlər.

- Hər dəfə yeni heyət çağırırsınız. Nə zaman yekun heyət formalaşdıracaqsınız?

- ⁠Hər dəfə 25 oyunçu dəvət edilir. Çoxu eyni adlardır. Avropa çemoionu olmuşam, Millətlər Liqasını da qazanmışam.

- Siz əsəbləşirsiniz, amma ictimaiyyət haqlı olaraq sizdən nəticə gözləyir.

- ⁠Zədəli oyunçular olmasaydı, yeni adlar çox olmayacaqdı. Həm də onları da sınaqdan keçirməliyik. Həmçinin yoldaşlıq görüşü olduğundan, ideal vaxtdır. Hər təlim-məşq toplanışına yeni oyunçular dəvət edirik ki, gəlib buradakı ab-havanı görsünlər. Gələcəkdə də təcrübəli olsunlar. Hazırda Portuqaliya yığmasında oynayanların çoxu 18-19 yaşda milliyə dəvət olunanlardır, eləcə də Yunanıstanda.

- Dəvət etdiyiniz futbolçuların çoxu yaşlıdır. Məsələn qapıçılar...

- Qapıçı çox vacib mövqedir. Burada çox az rotasiyalar edirik. Ötən dəfə Şahruddin zədələndikdə “Səbail”dən qapıçı dəvət etdik. Rza da yaxşı qapıçıdır. Şahruddin özü təcrübəlidir.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2025
13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

12:18

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

11:15

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

10:02

DÇ-2026: İngiltərə ilə Niderlandın səfər sınağı - YENİLƏNİR

09:34

Azərbaycan millisi Latviya ilə üz-üzə - YENİLƏNİR

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

06 İyun 2025
23:18

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

22:56

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

22:17

Assinyon Bundesliqa klubunda - RƏSMİ

21:40

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

21:05

"Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir" - AFFA-nın baş katibi

20:39

AL-in son qalibi qovuldu - RƏSMİ

20:13

"Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - Fernandu Santuş

19:55

Azərbaycan millisini Riqada neçə azarkeş dəstəkləyəcək?

19:14

"Roma" Qasperiniyə tapşırıldı - RƏSMİ

18:44

DÇ-2026-nın 10 iştirakçısı bəllidir - ADLAR

18:19

Qasperininin yerini Yuriç tutacaq

17:45

"Azərbaycan millisi ilə keçmişdəki oyunlara baxmırıq" - Latviya yığmasının baş məşqçisi

17:16

Belçika millisinin sabiq çalışdırıcısı İtaliya yolunda - SON DURUM

16:39

Bekhem "Cəngavər" olacaq

16:20

Özbəkistan millisinin futbolçularına prezidentdən hədiyyə

15:47

Federasiya rəsmisi Avropa Qızıl Liqası oyunlarına təyinat aldı

15:17

Yamal son 112 ildə ilk belə futbolçudur

14:50

Messi üçüncü dəfə bu mükafata sahib çıxdı

14:12

Azərbaycan millisi Belarusa yollandı

13:55

"Premyer Liqada oynayan heç bir qapıçıdan zəif deyiləm" - Orxan Sadıqlı ən böyük arzusunu dilə gətirdi

13:19

"Arsenal" braziliyalısı ilə müqavilə yenilədi

12:53

İtaliyalı hakimi qarğışa görə futboldan uzaqlaşdırdılar

12:28

Mbappe Qrizmannın rekordunu qırdı - Tarixdə beləsi olmayıb

11:14

DÇ-2026: Ançelottinin Braziliya millisindəki debütü uğurlu olmadı

10:46

Qızıl Avropa Liqası: Azərbaycan millisi Slovakiyaya qarşı

09:30

Qattuzo Xorvatiya klubundan ayrıldı

09:00

Veyqa Avropaya qayıtdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X