Bu yay heyətində 9 futbolçu qatan “Qəbələ” transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, bölgə klubu daha bir futbolçu transfer etməyə hazırlaşır.
Həmin futbolçunun kimliyi bəlli deyil. Lakin Yuri Syominin onu yaxşı tanıdığı deyilir. Rusiyalı mütəxəssis rəhbərliyə 10 nömrəli futbolçu istədiyini deyib. Hazırda həmin futbolçu ilə danışıqlar gedir. Hər hansı bir problem çıxmasa, yeni transferlə yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, “Qəbələ” bu yay “İnter”dən Vladimir Levin, Nizami Hacıyev və İbrahima Niassenı, “Simurq”dan David Petrkeviçlə Dmitri Kramarenkonu, Donetsk “Metallurq”undan Lorenzo Ebesilyonu, “Kuban”dan Əbdülvahid Afolabini, “Voln”dan Daniel Subotiçi və “Dənizlispor”dan Rail Məlikovu heyətinə qatıb.
İdman24.az