“Şamaxı” tanzaniyalı futbolçusu Alfons Msanqanı komandada saxlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 il müddətinə uzadılıb.
Qeyd edək ki, Msanqa bu ilin yanvarında "Şamaxı"ya keçib. O, bölgə klubu ilə "6 ay + 1 il" şərti ilə razılaşmışdı.