İspaniyada çimərlik futbolu üzrə Avropa Superfinalına start verilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığması ilk oyununda Çexiya ilə qarşılaşıb.
Millimiz rəqibini 6:2 hesabıyla darmadağın edib. Komandamızın qollarını Asif Zeynalov (2), Amid Nəzərov, Hikmət Bağırov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub.
Qeyd edək ki, millimiz sabah Polşa, avqustun 16-da Bolqarıstanla qarşılaşacaq.
Fanat.az