"Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi “Qəbələ”dən Emil Süleymanovu icarəyə götürüb.
21 yaşlı yarımmüdafiəçi gələn ilin yayınadək "aslanlar"ın uğurları üçün çalışacaq.
Artıq “Şamaxı”nı 4 legioner - Vasiliye Bakiç, Brahim Konate, Vasiliye Radenoviç və Leroy Mikels tərk edib.