Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bu gün finalçılar müəyyənləşəcək.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın ilk yarımfinal oyununda Azərbaycan millisi Monteneqro seçməsi ilə qarşılaşacaq.
Görüş saat 20:00-da start götürəcək.
Digər yarımfinal matçında isə Macarıstan və Serbiya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bu qarşılaşma saat 21:30-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Dünya çempionatı
Yarımfinal
30 may
20.30. Azərbaycan - Monteneqro
21.30. Macarıstan - Serbiya