Almaniyanın "Verder" klubunda Ole Vernerin xələfini müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Bremen təmsilçisi yeni baş məşqçi vəzifəsinə 56 yaşlı Horst Şteffeni təyin edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məşqçi "musiqiçilər"ə "Elversberq"dən köçüb. Hər iki klub müqavilənin şərtlərini açıqlamamağa razılaşıb. Məşqçi ilə 2028-ci ilin yayına qədər müddətə müqavilə imzalanıb.
Xatırladaq ki, Verner 2021-ci ilin payızından “Verder”ə rəhbərlik edirdi və komandanı Bundesliqaya qaytarmışdı.
Bremenlilər ötən mövsümü doqquzuncu, bu il isə səkkizinci yerdə başa vurub.