"Real Madrid" klubu yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin və "Liverpul"un müdafiəçisi Trent-Aleksander-Arnoldun İspaniya nəhənginə keçidi rəsmiləşib.
Bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə 2031-ci ilin iyununadək müqavilə bağlanılıb.
Aleksander-Arnold "Liverpul"un yetirməsidir və o, mersisaydlıların əsas komandasında 2016-cı ildən çıxış etməyə başlayıb. O, iki dəfə İngiltərə çempionluğu, klublararası dünya çempionluğu və UEFA Çempionlar Liqasını qazanıb.
"Real Madrid" mövsümü ikinci pillədə başa vurub və Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırıb.