İngiltərənin iki klubu "Verona"nın mərkəz müdafiəçisi Dieqo Koppolaya maraq göstərir.
Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato"-nun jurnalisti Alfredo Pedulla məlumat yayıb.
Mənbənin məlumatına görə, artıq "Verona"ya 10 milyon avro, üstəgəl bonuslar təklif edən "Brayton" oyunçu uğrunda mübarizənin favoriti sayılır. Klublar arasında danışıqlar davam edir. "Aston Villa" da Koppola ilə maraqlanır, lakin 21 yaşlı italiyalı müdafiəçi ilə bağlı hələlik konkret addım atmayıb.
Koppola A Seriyasında mövsümün kəşflərindən biri sayılır. Bu həftə o, 2026-cı ilin iyununda keçiriləcək dünya çempionatının seçmə mərhələsi üçün İtaliya millisinə ilk dəvətini alıb.
Koppola bu mövsüm A Seriyasında 34 matça çıxaraq 2 qola imza atıb. İtalyanın müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub, transfer qiyməti isə 7,5 milyon avrodur.
Mirağa