Azərbaycan minifutbol millisi Bakıda keçirilən dünya çempionatında yarımfinal görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu seçməmiz finala vəsiqə uğrunda matçda Monteneqro yığması ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmadan minifutbolçularımız qalib ayrılıblar - 2:1. Komandanın heyətində Ağaseyid Qasımov 23-cü, Ramiz Çovdarov 44-cü dəqiqədə fərqləniblər. Monteneqroluların yeganə qoluna ikinci hissənin əvvəlində Nikola Radonjiç imza atıb.
Azərbaycan millisinin finaldakı rəqibi bir qədər sonra müəyyənləşəcək. Həlledici qarşılaşmada rəqibimiz Macarıstan - Serbiya cütünün güclüsü olacaq. Final iyunun 1-də baş tutacaq.
Dünya çempionatı
Yarımfinal
30 may
Azərbaycan - Monteneqro 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radonjiç, 30.