Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlmələrini şərh edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis yarımfinalda Monteneqro üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra belə danışıb:
"Qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Möhtəşəm qələbə qazandıq. Finala yüksəlmək möhtəşəm duyğudur. Əməyi olanlara ürəkdən təşəkkürümü bildirirəm. Arenaya toplaşan azarkeşlər bizə bu işdə çox kömək etdilər. Bazar gününə qədər finala yüksəlməyin sevincini yaşayacağıq".