"Fiorentina" klubu David de Xea ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, Florensiya klubu qərarını rəsmi saytı vasitəsilə açıqlayıb.
İspaniyalının yeni müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub.
Xatırladaq ki, 2023-cü ilin yayında "Mançester Yunayted"dən azad agent qismində ayrılan de Xea 1 il futbolsuz qalandan sonra "Fiorentina"ya qoşulub. Cari mövsüm "bənövşəyilər"in forması ilə bütün turnirlərdə 42 matça çıxan qapıçı 50 qol buraxıb. Sözügedən futbolçu 11 oyunda qapısını toxunulmaz saxlayıb.
"Fiorentina" son A Seriyasını 6-cı pillədə başa vurub.