İngiltərənin "Tottenhem" klubunda ayrılıqlar reallaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Hotspurlular" dörd futbolçu ilə yollarını ayırıb. Söhbət Fraser Forster, Serxio Requilon, Alfie Viteman və Timo Vernerdən gedir. İlk üç futbolçu ilə müddəti başa çatan müqavilələr yenilənməyibsə, icarə əsasında komandada çıxış edən Verner Almaniyanın "Leypsiq" klubuna qayıdıb.
Qeyd edək ki, "Tottenhem" UEFA Avropa Liqasının son qalibidir. Londonlular AL-in finalında "Mançester Yunayted"i 1:0 hesabı ilə yenərək titul qazanmaqla bərabər, Çempionlar Liqasında iştirak etmək hüququna yiyələniblər.