"Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov daha 1 il komandanın şərəfini qoruyacaq. Futbolçu ötən mövsüm olduğu kimi bu mövsümdə də 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 34 yaşlı Çertoqanov 2013/14 mövsümündə "Sumqayıt"da ən çox oyun keçirmiş ikinci futbolçu olub. O, ümumilikdə 32 qarşılaşmada 2471 dəqiqə meydanda olub. 2004-cü ildə Ukraynanın "Spartak" (İvano-Frankivsk) klubundan ölkəmizə gələn futbolçu "Bakı", "Neftçi", "Simurq", "İnter" və "Qəbələ"nin formasını geyinib. 2006-cı ildə Azərbaycan vətəndaşlığını qəbul edən ukraynalı yarımmüdafiəçi milli komandamızda 54 oyun keçirib.
Fanat.az